Millət vəkili Elman Nəsirov Cəfərxanlı kənd sakini Əsədxan Həşimovu, Boyxanlı kənd sakinləri qazi Kamal Abasovu, İsrafil Abdıyevi, Zəfər İsmayılovu, qazi İntiqam Qasımovu, Novruzallı kənd sakinləri Ağalar Quliyevi, İntiqam Əliyevi, Məlikqasımlı kənd sakinləri Vaqif Zaidovu, Tahir Mehtiyevi, Vüqar Kərimovu, Tofiq Mehtiyevi, Məcid Mehdiyevi, Adil Zaidovu, İbrahim Mehdiyevi, Zəfər İsmayılovu, Gülağa Rəfiyevi, Əliqulu Qənbərovu və Teymur Nəsirovu qəbul etmişdir. Görüş zamanı vətəndaşlar, fermerlərə subsidiyaların verilməsi, qaz çəkilişi, artezyan quyularının qazılması,tibb məntəqələrinin tikilməsi, məktəblərin təmir edilməsi, məşğulluq və avtomobil yollarının təmiri ilə bağlı məsələləri dilə gətirdilər. Bəzi məsələlər yerindəcə öz həllini tapdı. Həllini tapmayan məsələlər ilə bağlı deputat Elman Nəsirov onların həlli istiqamətdə addımlar atacağına söz verdi.
"Atributinfo.az"
