Sizin reklam burada
Sizin reklam burada
  • Saatlıda yanmış evə humanitar yardım göstərilmişdir

    Saatlıda yanmış evə humanitar yardım göstərilmişdirSaatlı rayonu Potubəyli kənd sakini Qəzənfər İnşalla oğlu Muradov fərdi yaşayış evinin yanması ilə əlaqədar ailə üzvləri ilə bahəm Saatlı RİH-nin başçısı Elmir Bağırovun qəbulunda olmuşdur. İcra başçısı onları qəbul edib, dinlədikdən sonra məsələylə bağlı aidiyyatı şəxslərə tapşırıq vermiş və Rayon rəhbərliyi tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (Az.QAC) Saatlı rayon bölməsinə Muradovlar ailəsinə köməklik olunması üçün rəsmi məktub ünvanlanmişdır. Bu gün-04.06.2022 ci il tarixdə bölmə rəhbərliyi Muradovlar ailəsinin evinin yanması ilə bağlı ehtiyacları haqqında Az. QAC-ın Prezidenti, millət vəkili Novruz Aslanova müraciət olunmuş və Novruz müəllimin dəstəyi ilə fərdi yaşayış evi yanmış Muradovlar ailəsinə humanitar yardımı (yaşayış üçün çadır, yataq dəstləri, mətbəx dəstləri, gigyenik dəsti, geyim paltarlari və digər ləvazimatlar) Az.QAC Saatlı rayon bölməsinin işçiləri və könüllüləri tərəfindən təqdim olunmuşdur.
    Saatlıda yanmış evə humanitar yardım göstərilmişdirSaatlıda yanmış evə humanitar yardım göstərilmişdirSaatlıda yanmış evə humanitar yardım göstərilmişdir
    Zahir Məmmədov

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ