Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtmalı olub
Sosial
16-05-2022, 05:58
350
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan beynəlxalq hava limanı ətrafındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib. Bu barədə AZAL-dan bildirilib. Məlumata görə, təyyarə saat 08:37-də Bakı hava limanında eniş edib. Sərnişinlər hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.