Sizin reklam burada
Sizin reklam burada
  • Cəhənnəm əzabından qorxun! İnanıram ki, orada tanışlıq və rüşvət olmayacaq.

    Cəhənnəm əzabından qorxun! İnanıram ki, orada tanışlıq və rüşvət olmayacaq. Razi Nurullayev,
    millət vəkili

    Bu gün 80 yaşlı Xəlil kişi ilə görüşüb çay içdik. Azərbaycanda 1000 nəfər Xəlil kişi kimi mübarizədən dönməyən adam olsaydı, indi hər bir vəzifəli şəxs xalqla hesablaşardı. Yerlərdə insanları incidib dövlətdən narazı salmazdılar. Xəlil kişi ilə bağlı bir video və öz yazımı 2020-ci ildə paylaşmışdım, şəkil kimi paylaşıram və linkini də şərh bölməsinə qoyacam.
    Düz 11 ildir ki, İmişlinin Cəfərli və Axıcanlı kəndləri səhraya dönür. 2.5 km-lik beton kanal 11 ildir ki, çək-çevirə düşüb. Camaat yazıq deyilmi? Düz 11 ildir ki, Xəlil kişinin döymədiyi qapı qalmayıb.
    Bu məsələ ilə bağlı Meliorasiya sədri ilə görüşüb demişəm, məktub göndərmişəm, neçə yerlərə müraciət etmişik. Köhnə rəhbərlik məhv edib bu sistemi, Meliorasiya və Su Təsərrüfatı ASC ən böyük rüşvətxorluq və korrupsiya yuvasından biri olub. Gərək vətəndaşa yara vuran günahlar bağışlanmasın.
    İndiki rəhbərlik problemi təsdiq ediblər və kömək üçün çalışıblar. Xəlil kişinin yanında danışdım və məlum oldu ki, bu il mütləq çəkiləcək, pul ayrılıb. Xəlil kişinin 80 yaşı var və əgər o kanalı görməsə, o kanaldan həyətinə su çəkməsə bu və o dünyada əlləri yaxanızda olacaq.
    Heç kimdən qorxmursunuz, Allahdan qorxun. Cəhənnəm əzabından qorxun! İnanıram ki, orada tanışlıq və rüşvət olmayacaq.
    Cəhənnəm əzabından qorxun! İnanıram ki, orada tanışlıq və rüşvət olmayacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ