Aramızdan vaxtsız gedən Allahın bu sevimli bəndəsi 14 yanvar 1961-ci ildə Saatlı rayonunun Məzrəli kəndində dünyaya vəsiqə almışdı. Onun həyat amalı nəcib əməllər, xeyirxah işlər, sınıq qəlblərin məlhəmi olmaq, Allah verən ruzini kasıb, imkansız, aztəmınatlı ailələrlə bölmək, yıxılanı ayağa qaldırmaq, küsənləri barışdırmaq, çətinə, dara düşənlərə əl uzatmaq, insanlara səxavət, Allaha ibadət etmək, dinimiz İslamın saflıgını qorumaq, gənc nəslə bu istiqamətdə hidayət yolu göstərməkdən ibarət idi.
Hacı Mirtaleh Ağayev artıq bir il bir aydır ki, dünyasını dəyişərək Haqqın dərgahına qovuşsa da, onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Mövludun mübarək Hacı Mirtaleh qardaşımız! İnşəallah əminik ki, köçüb getdiyin CƏNNƏT məkanda İmam Hüseyn ağanın qonağısan. Ruhun şad olsun!
