Sizin reklam burada
Sizin reklam burada

Son illər “Vikipediya”nın Azərbaycan dil bölməsində uğurlu proses müşahidə olunmaqdadır

 Son illər “Vikipediya”nın Azərbaycan dil bölməsində uğurlu proses müşahidə olunmaqdadırElnur Eltürk

"Vikipediya"-nın Azərbaycan dil bölməsində dərinlik (keyfiyyət) 37-dən 38 qalxıb. Bu dilimizdə zəngin məqalələrin yaradılmasına işarədir. Son illər “Vikipediya”nın Azərbaycan dil bölməsində uğurlu proses müşahidə olunmaqdadır. Uğurlu nəticə Azərbaycanca "Vikipediya" icmasının könüllülərinin fədakarlığı və gərgin əməyinin nəticəsidir. Onlar sərbəst elektron resursa öz töhfələrini verirlər.
Keyfiyyətli, məzmunlu və etibarlı istinadlara dayanan məqalələrin yaradılması sevindirici haldır. Doğma dilimizdə nə qədər çox keyfiyyətli, məzmunlu, etibarlı mənbələrə istinadən məqalələr yaradılarsa, "Vikipediya"- ya maraq və istək artacaq.
Sevindirici hal odur ki, son zamanlar gənclər arasında “Vikipediya”da məqalə yaratmağa və dəyişiklik etməyə böyük maraq yaranıb. Onlar təlimlərdə fəal iştirak edirlər. Hədəflər böyükdür.
Uğurlar olsun!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ