Sizin reklam burada
Sizin reklam burada

Əhaliyə köhnə məhsul satan market sahibi cəzalandırıldı

Əhaliyə köhnə məhsul satan market sahibi cəzalandırıldı Goranboyda yararlılıq müddəti bitmiş məhsullar satan marketin sahibi cəzalandırılıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə,Goranboy rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Yusifov Mahir Sərdar oğluna məxsus “Sahib” marketdə plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı marketdə xeyli miqdarda müxtəlif növ yararlılıq müddəti bitmiş qida məhsulları aşkar edilib.
Aşkar olunan faktla bağlı yararlılıq müddəti bitmiş məhsullar satış şəbəkəsindən çıxarılıb, sahibkar barəsində inzibati qaydada tədbir görülüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ