Sizin reklam burada
Sizin reklam burada
  • Mən öz sözümü deməyi bacardımsa, talış adını uğurla təmsil etməyi bacardımsa elə bu mənim üçün ən böyük qalibiyyətdir!

    Mən öz sözümü deməyi bacardımsa, talış adını uğurla təmsil etməyi bacardımsa elə bu mənim üçün ən böyük qalibiyyətdir! Bu gün sizlərə yarışmadakı son ifa etdiyim şeiri paylaşmaq istərdim. Qeyd edim ki, bu şeirdə mənimlə birgə Eltun Səfərlinin də əməyi var.
    Bəli, son şeirim...
    Yarışmadan uzaqlaşdım. Əslində mənə yarışmada qalib olmaq bir o qədər də önəmli deyildi, TALIŞ ləqəbi ilə çıxdımsa, sevildimsə, hər çıxışımdakı şeirim yüzlərlə insan tərəfindən bəyənilib, onlarla insan tərəfindən paylaşıldısa bu mənim üçün ən uca zirvədir...
    Mən talış xalqıma güvənib yarışmaya qatıldım. 3 aya yaxın yarışmadakı duellərdə də qalib gəldim, 3 ay yarışmada qaldım və elə yarımfinal ərəfəsində uzaqlaşdım.
    Talış adını layiqlə daşıya bildimsə nə xoş mənə. Məni izləyən heç bir talışın xahişini yerə salmadım, talış dilində də şeir söylədim, talışların Qarabağdakı qəhrəmanlarından da şeir söylədim və sair.
    Təbii ki, bu yolu mən tək addımlamadım, bu yolda mənə həddindən artıq dəstək gəldi.
    Mənə dəstək olduqları üçün bütün talışlara, ən əsası isə ailəmə, Lerik rayon mllət vəkili İqbal Məmmədova, Relax İstirahət Mərkəzinin rəhbərliyinə və bütün əməkdaşlarına, Ümid Teleradio Yayım Şirkətinin Prezidenti Rəhman Cəbiyevə, Kaspi Təhsil Şirkəti Lənkəran filialının direktoru Murad İbrahimova, dəyərli müğənni, dəyərli əmim - İsmayıl Səfərova, Ruslan Palace Şadlıq evinin rəhbəri Aslan müəllimə, dəyərli qardaşlarım Nəriman Nərimanlıya və Fuad Cəlilova, Dodo İctimai-multikultural qəzetinin redaktoru İradə Məlikovaya, İsveçrədə yaşayan dəyərli insan Əli Ağayevə, Qazaxıstanda və Rusiyada yaşayan bütün talışlara etdiyi sonsuz dəstəkləri üçün dərin təşəkkürümü bildirirəm.
    Xatırladım ki, bu yolda, mənə səs gəlməsində ictimaiyyətə geniş auditoriyaya malik səhifələrin köməyi ilə çatdırmaq idi. Burda da köməksiz qalmadım. Lerik səhifəsi, Bizim Lənkəran sehifəsi və Mirfayaz Likmekani əziyətimi çekdi. Lerik səhifəsindən Zamiq Təhməzova, Cəmşid İbadova, İlkin Əzizliyə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda dəyərli jurnalist dostum Şahmurad Şahmarbəyliyə "Bizim Lənkeran" səhifəsində şeirimi paylaşdırdığı üçün var ol deyirəm.
    İradları dinlədim, nəticə çıxardım, təşəkkür mesajlarından isə qürurlandım. Bəziləri də gözü götürməzlikdən ağzına gələni yazdılar, boş verdim. Mən buyam, göründüyüm kimiyəm. Don geyindirməklə deyil, sübut etmək lazımdır. Onlara da təşəkkür edirəm əslində. "Meşə çaqqalsız olmaz" atalar sözünün doğruluğuna məni inandırdılar və daha ehtiyatla davranmağa başladım.
    Və sonda istəyirəm verilişin lahiyə rəhbəri və aparıcısı Aşıq Namiq Fərhadoğluya dərin təşəkkürümü bildirirəm. Tam təmənnasız efirə çıxardı, tam təmənnasız 3 aya yaxın efirdə qaldım, arada bəzi anlaşılmazlıq da oldu, amma Namiq müəllim də yaxşı insandır. Ansamblı talış, işçiləri, texniki heyəti hamısı talışlardır. Her zaman da deyir ki, "Talışlar mərddir, mərdden xəyanət görmərəm heç vaxt, bu üzden ətrafımdakı talışlara daha çox üstünlük verirəm!"
    Allah hər birinizi var eləsin. Mən öz sözümü deməyi bacardımsa, talış adını uğurla təmsil etməyi bacardımsa elə bu mənim üçün ən böyük qalibiyyətdir! Hər biriniz var olun!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ