Sizin reklam burada
Sizin reklam burada
  • Toyların bərpası ilə bağlı açıqlama - Nə vaxt icazə veriləcək?

    Toyların bərpası ilə bağlı açıqlama - Nə vaxt icazə veriləcək? TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva xarici təcrübədə olan müəyyən qaydalar əsasında toyların bərpası və bölgələrə gediş-gəliş məsələsinə münasibət bildirib.
    Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, hər bir qaydaya riayət etmək vətəndaşdan asılıdır:
    "Qaydalar sərtləşdikcə psixoloji gərginlik olur, vətəndaş həm SMS-lə bayıra çıxsın, həm marketdə onu kimsə izləsin, bu, mümkün deyil. Cəmiyyət bir-birinə təzyiq göstərməlidir, hər nəzarəti dövlət qurumundan gözləmək olmaz.
    Digər ölkələrdə toy və bölgələrə gediş-gəlişlə bağlı məsələyə gəldikdə isə, biz bütün ölkələrlə daima əlaqədəyik. Amma bunun üçün statistikanın normal bir səviyyəyə düşməsi lazımdır, yəni virus nəzarətdə saxlanacağı vəziyyətə düşəndə bunlar mümkündür".

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ