Sizin reklam burada
Sizin reklam burada
  • XOCALI FƏDAİSİ

    XOCALI FƏDAİSİ
    Dilarə Nağıyeva
    Milyonçu A.M.Nağıyevin nəvəsi, “MDQ” təşkilatın sədri


    “O keçmiş günləri, əzab əziyyətləri mən heç vaxt unutmayacağam. Çünki, mən hələ də o keçmişlə yaşayıram” – deyir Dürdanə Ağayeva.
    Bəli, erməni zindanında səkkiz gün ona səkkiz ili əvəz etsə desək də, azdır. O, “Erməni zindanında səkkiz gün” adlı kitab yazdı. Acı xatirələrini səhifələrə çevirdi ki, 20 yaşında ölümlə üz-üzə gəlməsi və bu əziyyətlərdən necə sağ qurtulmasını hamıya çatdıra bilsin.
    1972-ci il yanvarın 12-də Azərbaycanın cənnət guşəsi olan Xocalıda Bağırovlar ailəsində işıqlı dünyaya göz açan Dürdanənin ilk gündən atasından eşitdiyi “səni Universitetdə oxudacağam” arzusu boşa çıxdı. Dürdanə 13 yaşında yetimliyin “şərbətini” içməli oldu. 16-17 yaşından zəhmətə qatılıb, ailə dərdi çəkdi, qardaşlarına atalıq , ev işlərində kömək etməklə bərabər anasına əsgərlərin paltarlarının yuyulmasına da kömək etdi.
    1992-ci il fevralın 26-da baş verən əsrin böyük bir faciəsində Rusiyanın 366-cı motoatıcı alayının dəstəyilə erməni silahlı dəstələri artıq blokadaya aldıqları Xocalıya hücum edərək 613 nəfərin vəhşicəsinə qətlə yetirdiyi, 1275 nəfərin əsir alındığı, 25 uşağın itkin və 130 uşağın bir valideyinini itirdiyi dəhşətli faciəli gün oldu. Sonradan aparılan hesablamalar dan aydın olur ki, 150 nəfərin aqibəti naməlum idi.
    17 yaşından Xocalıda telefon qovşağında işləməyə başlayan və artıq həddi-buluğa çatan 20 yaşlı gənc qız - Dürdanə “Əsrin Faciəsi”nin qurbanı oldu.
    Suyu buz kimi olan Qarqar çayına tökülən günahsız insanlar çaydan yaxa qurtarıb, meşəyə üz tutanlar arasında erməni əsirliyinə düşən Dürdanəyə döyüşçü və rabitəçi olduğuna görə onu incitməyəcəklərini tapşıracaqlar desələr də, düşmən əlinə keçməsi onu çox qorxuya salmışdı.
    Əsirliyinin hər günü ərzində dəfələrlə vəhşicəsinə döyülüb, taqətdən düşən Dürdanə özünə gələrkən ilk fikirləşdiyi bu olurdu ki, “Ya Rəbbim, sənin yanında nə günah işlətmişəm?”
    Döyüşmüsən, bizə güllə atmısan, rabitədə çalışmısan, buradakı vəziyyətdən hamını xəbərdar etmisən deyərək, erməninin ilişdirdiyi sillələrdən hələ özünə gəlməməş, Dürdanədən suallara yalan cavab verməməsini ona “məsləhət” görüb, onu öldürməyəcəklərini , lazım gələrsə Yerevana aparacağını bildirəndə onun nələr çəkdiyini dilə gətirmək qeyri-mümkündür. Əsirlikdən buraxılacağı günü ona dilinin bütöv olması üçün hətta təşəkkürlərini bildirərək, bərəkallah da deyirlər.
    Lakin Dürdanə bütün olub - keçənlərin üstündən xətt çəkə bilərdimi? Ürəyində kin-küdurət bəslədiyi düşməninə toy tutacağını, törətdikləri vəhşilikləri haqda dünyaya car çəkəcəyini qət etmişdi.
    Xocalı faciəsinin yaşandığı o günlərdə Dürdanə həyatında görmədiyi millətlərin nümayəndələrini- Fransa, Türkiyə, Ermənistan və Ərəbistandan gəlmiş müzdlu döyüşçüləri görüb, dəhşətə gəlmişdi. O, bu qədər əsgər və texnikanın vasitəsilə edilən hücumun qarşısını almağın Xocalı əhalisi üçün nə qədər çətin olduğunu düşünürdü.
    Dürdanə bütün bunları ömrü boyu qəlbində sağalmaz yara kimi hiss edəcək. Çünki səkkiz gün ərzində onun gəncliyi və sağlamlığı ilə bərabər bütövlükdə həyatı məhv olmuşdu.
    Komandir Allahverdi Bağırov Elşada bacısının onun üçün özünü fəda verdiyini bildirərək, Dürdanəni “Cəsur” adlandırıb əlavə etmişdi ki, o, düşmən ilə üz-üzə dayanaraq “əgər qardaşım Elşadı verməsəz, getmərəm” deyən qəhrəman bacıdır. Əsirlikdən buraxılacağı günü dilinin bütöv olacağına razılıq alan qəddar ermənilər ona təşəkkürlərini bildirərək, hətta bərəkallah da deyirlər.
    Lakin Dürdanə bütün olub - keçənlərin üstündən xətt çəkə bilərdimi? Mərd Dürdanə düşmənlərə verdiyi sözə əməl etməyərək, onu qarşılayan jurnalistlərə ermənilərin onun başına gətirdiyi zülmləri açıq söyləmişdi:
    -“Bilin, agah olun ki, Xocalını yandırdılar, əhalisini qətlə yetirdilər. Düşmən çox güclüdür, arxalarında duranlar var. Xeyli texnikaları var, canlı qüvvələri çoxdur. Rabitəçi olmaq cinayətdirmi? Bu idimi mənim günahım? Onlar Türklərin köklərini kəsəcəklərini deyirlər. Mənim və başqalarının nə kimi işgəncələrə dözdüyümüzü sizlərə bir-bir çatdıracağım.”
    Bütün bu olub-keçənlərə baxmayaraq, Dürdanə Azərbaycanın işıqlı sabahına inanırdı. O, Azərbaycan və onun əsgəri güclüdür, deyir. Qarabağımızın, yurdumuzun tezliklə işğaldan qurtaracağına inanaraq, Şuşada, Laçında, Zəngi-landa, Qubadlıda və bütün işğal olunmuş torpaqlarımızda üçrəngli bayrağımızın ucalacağına çox inamlıdır Dürdanə.
    2017-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Dürdanə Ağayeva ilə görüşü olub. Və “Erməni zindanında səkkiz gün” kitabı rus dilinə tərcümə edilərək, dünyaya yayılıb.
    2019-cu ildə isə millət vəkili Qənirə Paşayeva və “Regional hüquq və iqtisadi maarifləndirmə” QHT rəhbəri Arzu Bağırovanın təşəbbüsü ilə kitab azərbaycan dilində yenidən çap etdirilib və bu ilin iyun ayında Beynəlxalq Mətbuat Mərkəzində təqdimatı keçirilərkən, kitabın ingilis dilinə tərcüməsi qərara alınıb.
    Ağa Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” (MDQ) təşkilatı olaraq, Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş “Xocalıya ədalət” kampaniyasına qoşularaq, “Erməni zindanında səkkiz gün” kitabının müəllifi və faciənin canlı şahidi olan Dürdanə Ağayeva ilə bu il sentyabrın 24-də geniş auditoriyada – Yasamal Rayon Bələdiyyəsinin akt zalında görüş keçirdim. Qeyd etməliyəmki, təşkilat olaraq “Xocalıya ədalət” kampaniyası ətrafında keçirdiyim üçüncü tədbirdir.
    Tədbir iştirakçılarının nəzərinə bir daha çatdırıldı ki, məktəbi bitirdikdən sonra telefon qovşağında işləməyə başlayan Dürdanə , 20 yaşında ikən Xocalı faciyənin qurbanı oldu. Dürdanə Ağayeva tədbir iştirakçılarına şahidi olduğu hadisələrdən, başına gələn müsibətlərdən bir daha söhbət açdı. Səkkiz gün erməni əsirliyində qalan gənc qız bütün başına gələnləri illər sonra unudulmamaq üçün kitab halına keçirərək bu günkü oxuculara çatdırdıqına görə tədbir iştirakçıları ona minnətdarlıqlarını bildirdilər. Dürdanə xanım kitabın yazılmasında ona dayaq olan, artıq dünyasını dəyişmiş həyat yoldaşına minnətdarlığını bildirdi. O, bu gücü ondan aldı. Nə yaxşı ki, yazdı. Bəlkə də bu gün onun yaşamasına dərdini paylaşmağının yüngüllüyüdir?
    Tədbirdə Dürdanə,qardaşı Elşad Ağayevlər və yaxınları, 10 yaşında ikən ata-anası şəhid olan Yasəmən xanım, şəhid ailəsi Yeganə Ələkbərova, RQC-nin sədri B.Qasımova və cəmiyyətin üzvləri, Dilbər xanımın qızı Leyla x., Qəzəlxan G.Munis, xeyriyyyəçi Hacı İntiqam, müğənni Xasay, AMEA-nın əməkdaşları, QHT rəhbərləri, Səbail B-nin.sədr müavini Mehriban Paşayeva və bir çoxları iştirak edirdi.
    Təşkilat sədri olaraq bildirdim ki, hər birimiz Dürdanəyə çəkdiyi əzablara görə ürəkağrısı ilə yanaşır və sevinirik ki, bu gün aramızdadır. Bəli, qızının sözlərilə desək, Dürdanə xanım bizim milli qəhrəman qadınımızdır.
    Sonda Dürdanə Ağayeva A.M.Nağıyev adına MDQ təşkilatının “Ağamusa Zirvəsi” Diplomu ilə təltif edildi”.
    Tədbirin baş tutmasında iştirak edən Yasamal İH, Yasamal Rayon Heydər Əliyev Mərkəzinə, ələlxüsus Yasamal Rayon Bələdiyyə sədri Zakir Cəfərova və onun əməkdaşlarına göstərdikləri xidmətlərinə görə dərin təşəkkürlərimi bildirirəm.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ