Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin deputatı Müşfiq Məmmədli Quba rayonunun Xırt kəndində Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalmış Şəhid Salamov Taleh Ədalət oğlunun ailəsini ziyarət edib.

    "Atributinfo.az" xəbər verir ki, ziyarət zamanı deputat tərəfindən şəhidin əziz xatirəsi dərin ehtiramla yad olunub, ailə üzvlərinin qayğı və müraciətləri ilə maraqlanılıb, onların fikir və təklifləri dinlənilib. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə səbir və möhkəmlik arzulayırıq.
    Ruhu şad, xatirəsi daim əziz olsun!

    Bəradər Səməndərli
    "atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ