Bunu deputat Cavanşir Paşazadə bildirib.
.
Deputat qeyd edib ki, bilirsiniz ki, tədbirin Bakı şəhərində keçirilməsi barədə İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurası 2025-ci il mayın 22-də qərar qəbul edib:
"Bununla əlaqədar "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti tərəfindən İslam İnkişaf Bankı Qrupunun 2026-cı ildə keçiriləcək illik toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu" imzalanıb.İslam İnkişaf Bankı maliyyələşdirməni İslam prinsiplərinin əsasında aparılan beynəlxalq maliyyə-kredit qurumlarından biridir. Üzvləri müsəlman ölkələridir. Bankın məqsədi üzv ölkələrin və fərdi müsəlman cəmiyyətlərinin iqtisadi inkişafının və sosial tərəqqisini İslam hüququ əsasında təmin etməkdir. Ölkəmiz bu qurum ilə əməkdaşlığa 1992-ci ildən başlayıb. 2007-ci ildə Bankın Azərbaycan üzrə yerli nümayəndəsi təyin edilib. İslam İnkişaf Bankı Qrupuna üzv olan 57 ölkə daxildir.
Çıxışında cənab prezident İlham Əliyevin Azərbaycanın sabit, uğurlu inkişafı var söyləməsi bir daha həyata keçirdiyimiz milli maraqlara əsaslanan siyasətin, qlobal səhnədə bütün iştirakçılarla olan münasibətlərin və ölkəmizin uğurlu inkişafımızın nümayişidir. Dövlətimizin başçısı qeyd etdiyi kimi bu toplantıya ilk dəfə 2010-cu ildə evsahibliyi etdik. Elə illik iclasda bizim tərəfdaşlığımıza güclü təkan verildi. Eyni zamanda, bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı apardığı islahatlara və enerji sektorundan asılılığın azaldılmasına verilən dəstək idi. Həmin vaxtdan Azərbaycanda və ətrafda bir çox dəyişikliklər baş verdi. Bir məsələ dəyişməz olaraq qalır".
Deputat söyləyib ki, bu gün Azərbaycanın sabit, uğurlu inkişafı var:
"Siyasi, iqtisadi, sosial sabitlik və günbəgün hər bir sahədə uğurlu inkişaf Azərbaycanın bugünkü reallığıdır. Dövlət başçısı uğurlu inkişafın müxtəlif meyarlara əsaslandığını bildirib: "Azərbaycan cəmi 35 ildir müstəqil ölkədir və müstəqilliyin ilk iki ili işğal, müharibə, humanitar fəlakətlərlə yadda qalıb. Daha sonra ölkənin sabit inkişafı təmin edilməyə başladı, bu da hər bir ölkənin uğurunun əsasıdır. Çünki sabitlik pozulduğu zaman biz inkişafdan danışa bilmərik. Ona görə siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır".
Ölkə başçısının da qeyd etdiyi kimi regional və qlobal səhnədə Azərbaycan öz güclü əlaqələri ilə bir çox aspektlər baxımından mühüm iştirakçıya çevrilib.Dünyada olan ölkələrin əksər hissəsinin dəstəyinin qazanılması Azərbaycanın naliyyətlərinə əsaslanır. Ən önəmlisi müstəqil xarici siyasət sayəsində Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyini qazanıb: Dostlarımızın sayı ilbəil artır. Aydın şəkildə görünür ki, namizədliyimiz müxtəlif təchizatların namizədləri siyahısında olub. Ölkəmiz hərtərəfli dəstək aldı.
Prezident öz çıxışında BMT Təhlükəsizlik Şurasının namizədlərinə də toxunub. Ölkə başçısının söylədiyi kimi 155 ölkənin dəstəyini qazandıq. Qoşulmama Hərəkatının sədri olduqda da bunu gördük. Biz seçildik və sədrliyimiz uzadıldı. Bu, beynəlxalq dəstəyin ən böyük təzahürüdür. Bəzi məhdud sayda inkişaf etmiş ölkələr özlərinə müəyyən adları istifadə etməyə can atırlar. Lakin BMT-nin üzv dövlətləri bütün beynəlxalq ictimaiyyətin əsasını təşkil edir".
Beynəlxalq səviyyədə keçirilən bütün çıxışlarında olduğu kimi Prezident İlham Əliyev Azərbaycan Ermənistan münasibətlərinə də toxunub. Bildirib ki, Azərbaycan Ermənistana sülh təklif etdi, yəni işğaldan və dağııntılardan əziyyət çəkmiş ölkə bunu təklif etdi".
Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyevin çıxışında sulh prosesinə də toxundu:
Dövlət başçısının qeyd etdiyi kimi indi bu sülh mövcuddur.Bir ildir ki, Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır və bunun faydasını görür. Amma Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza, şəhərlərimizə etdiklərini heç zaman yaddan çıxarmayacağıq, 65 məscidin dağıdılmasını unutmayacağıq. Onlar donuz və digər heyvanları məhz məscidlərin binalarında saxlayırdılar. Biz bunu yaddan çıxarmayacağıq.Azərbaycan gələcəyə baxdı və döyüş meydanında qisas aldı. Müharibə və müharibələr dayanmalı idi. Azərbaycan öz tərəfindən bu müharibəni dayandırdı və sülhü təklif etdi, bu reallıqdır. Bir sözlə ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasət dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Azərbaycanın son illər ərzində iqtisadi siyasət sahəsində əldə etdiyi uğurlar onun dünya dövlətləri arasındakı nüfuzunun daha da artmasına səbəb olub. Xüsusilə son illərdə müxtəlif beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi ölkəmizə və onun Prezidenti İlham Əliyevə olam etimadın nəticəsi kimi qiymətləndirilməlidir. Məhz bunun nəticəsidir ki, hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeyi xeyli möhkəmlənmiş, əlaqələri genişlənmiş, ölkəmiz dünyada söz sahibinə çevrilmişdir İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə illik toplantısının Bakıda keçirilməsi Azərbaycanın iqtisadi potensialını, beynəlxalq nüfuzunu və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələrin uğurlarını bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi".
