Sizin reklam burada
Sizin reklam burada
  • Hibrid təhdidlərə dair tədbirdə

    Hibrid təhdidlərə dair tədbirdə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov sentyabrın 22-də Türkiyənin Ankara şəhərinə səfər edəcək.
    Səfərdə deputat “Hibrid təhdidlərin cavablandırılması” mövzusunda keçiriləcək növbəti Azərbaycan-Türkiyə birgə təliminə (HTM-2025) hazırlıq iclasında iştirak edəcək.
    Səfər sentyabrın 25-də başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ