Bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi "X" sosial şəbəkə hesabında məlumat verib.
Görüşlə bağlı edilən paylaşımda bildirilir ki, tərəflər Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də keçirilmiş Vaşinqton sammitinin strateji önəmini, habelə onun Azərbaycan-ABŞ münasibətləri və regionda sülh üçün müsbət nəticələrini vurğulayıblar.
Hikmət Hacıyev 907-ci maddənin ləğvinin vacibliyini qeyd edib və parlamentariləri Azərbaycana səfərə dəvət edib.
