Sizin reklam burada
Sizin reklam burada
  • "Müzakirələrdə olduqca maraqlı çıxışlar, təhlil və təkliflər səsləndi"- İltizam Yusifov

    "Bir neçə gün öncə "World Business Center"-də “Jurnalistika və İnkişaf Mərkəzi” İB-nin təşkilatçılığı ilə keçirilən “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirədə iştirak etdim. Müzakirədə aidiyyatı qurumlar, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA), DİN Baş DYP İdarəsindən, Bakı şəhər DYP İdarəsindən, FHN-dən, ADY-dan nümayəndələr, Sığorta, həmçinin vətəndaş cəmiyyətləri təmsilçiləri, ekspertlər və media nümayəndələri də iştirak edirdilər."
    Bu sətirləri VI çağırış Milli Məclisin deputatı İltizam Yusifov özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, müzakirələrdə olduqca maraqlı çıxışlar, təhlil və təkliflər səsləndi:

    "Məlumat üçün deyim ki, son 20 ildə yol-nəqliyyat hadisələrinin sayı 2 dəfə azalıb. Bu olduqca yaxşı haldır. Bunun əsas səbəblərindən biri də ölkədə bu sahədə aparılan siyasət nəticəsində genişmiqyaslı yol infrastrukturunun təkmilləşməsi, bir qədər də avtomobil parkının nisbətən daha təhlükəsiz və texnoloji baxımından müasir nəqliyyat vasitələri ilə əvəzlənməsidir. Amma rəsmi statistikaya görə bu gün də yol-nəqliyyat hadisələrini zamanı hər gün 2 nəfərdən artıq insan həlak olur, 4 nəfərə qədər isə yaralanır. Yəni çox iş görülüb, bu işlər bu gün də davam etdirilir və görüləsi işlər də çoxdur.

    Ölkədə aparılan uğurlu siyasətin prioritet istiqamətindən biri də nəqliyyat sektoru və ölkəmizi nəqliyyat qovşağına çevirməkdir. Sözsüz ki, burada təhlükəsizlik məsələləri də əsas amildir.
    Təşkilatçılara təşəkkürümü bildirirəm.-İltizam Yusifov paylaşımda bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ