Sizin reklam burada
Sizin reklam burada
  • Rəşad Mahmudov "Minimal İnvaziv Cərrahiyyədə Son Nailiyyətlər" adlı regional konfrans iştirak etmişdir

    Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, DGK Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d Rəşad Mahmudov 8 fevral 2025-ci il tarixində Qusarda keçirilən Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti - AMİCC tərəfindən təşkil olunan "Minimal İnvaziv Cərrahiyyədə Son Nailiyyətlər" adlı regional konfrans iştirak etmişdir.
    "Atributinfo.az" xəbər verir ki, 100 dən reqion həkiminin iştirakı ilə baş tutan tədbirin açılışında Milli Məclisin deputatı Azər Badamov, TƏBİB'in icraçı direktorunun müavini Araz Nəsirov, konfransın təşkilat komitəsinin sədri Prof. Dr. Qurbanxan Müslümov çıxış etmişlər. Çıxışlar zamanı son illərdə ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarından, reqionların səhiyyə infrastrukturunun inkişafında qət edilən yoldan, cənab Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələr və hədəflərə daha qısa müddətdə çatmaq üçün görülməsi lazım olan işlərdən geniş bəhs edilmişdir.
    Tədbir zamanı minimal invaziv cərrahiyyənin aktual problemlərinə dair maraqlı məruzələr təqdim olunmuşdur. Geniş diskussiya şəraitində keçən konfransda Almaz Akademiya Tibbi Treninq Mərkəzi tərəfindən ümumi cərrahiyyə, urologiya, ginekologiya, invaziv radiologiya və invaziv endoskopiya sahələrində canlı əməliyyatlar və prosedurlar icra edilmişdir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ