Nümayəndə heyətinə Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov, Aparatın Redaksiya və nəşr işləri şöbəsinin müdiri Hafiz Babayev, Aparat rəhbəri xidmətinin Məhkəmə hakimiyyəti orqanları ilə əlaqələr sektorunun müdiri Nazir Bayramov və Aparat rəhbərinin köməkçisi İlham Həsənov daxildirlər.
Nümayəndə heyətinin üzvləri əvvəlcə Ankarada “Anıtkabir”i ziyarət ediblər, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla anaraq, abidə önünə gül dəstəsi qoyublar.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
