Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 27 dekabr tarixli plenar iclasında çıxışı

    Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 27 dekabr tarixli plenar iclasında çıxışı Hörmətli həmkarlar!
    Bildiyiniz kimi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan sərnişin təyyarəsi dekabrın 25-də Bakı – Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğramışdır. Nəticədə çoxsaylı insan tələfatı və xəsarət alanlar var.
    Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə dünən ölkə ərazisində matəm elan edilmişdir.
    Hörmətli həmkarlar!
    Bildiyiniz kimi, dövlət başçısının sərəncamı ilə qəzanın səbəblərini araşdırmaq üçün Dövlət komissiyası yaradılmışdır.
    Möhtərəm cənab Prezidentin tapşırığına əsasən komissiya baş vermiş faciəli hadisəni hərtərəfli araşdırıb qəzanın səbəblərini dəqiq müəyyən edəcək və ictimaiyyətə məlumat verəcəkdir.
    Biz təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzulayırıq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ