Sizin reklam burada
Sizin reklam burada
  • Monteneqro Parlamentinin sədri təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb

    Monteneqro Parlamentinin sədri təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb Monteneqro Parlamentinin sədri Andriya Mandiç "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.
    Məktubda deyilir: "Dünən baş verən və onlarla insanın həyatına son qoyan faciəvi təyyarə qəzası xəbərini dərin hüznlə aldıq. Bu çətin anlarda Monteneqro parlamenti adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm".
    Bu böyük faciədən heyrətə gəldiyini deyən parlamentin sədri faciə zamanı xəsarət alanlara tezliklə şəfa diləyib.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ