Sizin reklam burada
Sizin reklam burada
  • Müzəffər Ali Baş Komandan, doğum günün mübarək!

    Şahin Məmmədov,
    Şimali Osetiya Respublikası “Azərbaycanlılar Konqresi”nin fəxri prezidenti

    Adətən, tarixi salnaməçilər, tarixçilər yazırlar. Dövlət başçıları da tarix yazırlar. Amma yeni tarix yazmaq onların heç də hamısına nəsib olmur.
    Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun tarix yaradan rəhbəri, itirilmiş əraziləri geri qaytarmağı bacaran, ölkənin ərazi bütövlüyünü bərpa edən sərkərdə övladı var. Bəli, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Azərbaycanın yeni tarixini, şərəf tarixini yazıb yaradır.
    Tariximizin son beş əsrində İlham Əliyev Azərbaycanın ilk dövlət başçısıdır ki, işğal olunmuş əraziləri geri qaytardı. Bunu bacardı, bunu etdi: güclü və arxalı düşməni diz çökdürərək məğlubiyyətini etiraf etdirdi!
    Bu gün möhtərəm prezidentimiz İlham Heydər oğlu Əliyevin doğum günüdür. Möhtərəm Prezident! Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirik, möhkəm cansağlığı, işlərinizdə böyük uğurlar arzulayırıq.


    Hazırladı: Elçin Şükür

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ