Həmin illərdə Heydər Əliyev özü də ildə bir- iki dəfə Moskvada onlarla görüşürdü, problemlərinin həllinə dəstək verirdi. Adətən bu görüşlərdə Heydər Əliyevlə bərabər SSRİ təhsil naziri də iştirak edirdi. Bu dəyəri sözlə ifadə etmək mümkün deyil, bu görüşlər barədə tələbələr həmişə ürəklə danışırdılar.
Dəyərli oxucular, illər öncə o zaman Moskvada təhsil alan, sonralar İstanbulda yaşayan iş adamının bir xatirəsini oxumuşdum, təəssüf ki, o adamın soyadı və adı yadımdan çıxıb, lakin fikirlərini olduğu kimi Sizlərə çatdıracam. Moskvadakı təhsil illərindən danışan o adam deyirdi ki, Moskvaya işlə bağlı gələn Heydər Əliyev növbəti dəfə biz tələbələrlə görüşdü, çıxış etdi, təhsilimizlə, problemlərimizlə maraqlandı. Sonda nə sualınız var deyərkən mən mikrofona yaxınlaşdım və dedim ki, respublikadan bizə verilən təqaüd nədənsə bu ay geçikir, dedi narahat olmayın və 3 gün sonra təqaüdümüz artıqlaması ilə gəldi. İllər keçdi, 90- ci illərin əvvəllərində respublikada vəziyyət hər gün pisləşdiyindən ailəmi də götürüb İstanbula köçdüm və iş adamı kimi fəaliyyətə başladım. 1992- ci ilin yaz aylarının birində bizə xəbər gəldi ki, Naxçıvan Məclisini sədri Heydər Əliyev İstanbuldadır və burada azərbaycanlı iş adamları ilə görüşəcəkdir. Əlbəttə, sevinə- sevinə o tədbirə gəldim və çıxış da etdim. Çıxışa başlayandan 1-2 dəqiqə sonra O məni dayandırdı, dayan görüm, Sən o zaman təqaüdün yubanmasından şikayət etmişdin, o təqaüdü ala bildinizmi? Mən az qaldım yıxılam, halım dəyişdi, çünki o tədbirdən 30 ilə yaxın bir vaxt keçmişdi, hamı təəccüblə bir- birinə baxırdı. Yəni bu qədər güclü bir yaddaş olarmı? Bu bir kiçik epizoddur, Onun dahiliyini təsdiq edən on minlərlə belə epizodlar məlumdur.
Bəli, hörmətli oxucular, Heydər Əliyev xalqımızın yetişdirdiyi ən nadir şəxsiyyətdir, unikal insandır, bənzəri yoxdur…
Allah rəhmət eləsin, hörmətlə anırıq…
Bu günlər cümləmin mübtədası da, xəbəri də ümummilli lider Heydər Əliyevdir!
İbrahim Cəfərov
AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor
