Amma, məni narahat edən məqamlar görürəm. Televiziyalar birtərəfli məlumatlar yayır. Nə qədər söz dedik, təklif irəli sürdük, narahatlıq dilə gətirdik, qarşılaşdığımız faktları söylədik, onlar yer almadı, birtərəfli reportajlar, müvafiq nazirliyin dilindən darıxdırıcı rəqəmlər səsləndirildi."
Bunu Milli Məclisin deputatı, MCP sədri Razi Nurullayev "atributinfo.az"a açıqlamasında deyib. O, 2025-ci ilin Dövlət büdcəsinin müzakirəsində səsləndirdiyi fikirlərə televiziyaların birtərəfli yanaşmasınından təsssüfləndiyini bildirib:
"Bəs bizim dediklərimiz harada qaldı? Rəqəm sadəcə atılan addımın göstəricisidir, real vəziyyətə güzgü tutan rəqəmdir, amma müsbət dəyişikliklər üçün güzgü deyil. Sən bir nəfərə bir manat verə bilərsən, bu rəqəmdir, amma müsbət dəyişiklik o rəqəmin real yaşayış vəziyyətinə olan nisbəti ola bilər. Gördüyümüz işlərlə bağlı o qədər rəqəm sadalamaq olar ki...
Yalnız rəqəm müsbət dəyişikliyin göstəricisi deyil. Rəqəm statistikadır.
Biz düşmən deyilik, ölkəmizin, aparılan sosial siyasətin daha effektli olması üçün müzakirənin, qarşılıqlı anlaşmanın və qarşılıqlı hörmətin tərəfdarıyıq.
Hər tərəfin fikrini işıqlandırın. İnkişaf qarşılıqlı müzakirə, sağlam tənqid və anlaşma nəticəsində olur.
Çox təəssüf edirəm!"- Razi Nurullayev deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
