Bu fikirləri AMEA Bitki Mühafizə və Texniki Bitkilər ET institutunun direktoru, akademik İbrahim Cəfərov özünün Feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş bütün kənd, qəsəbə və şəhərlərimizdə dalğalanır, dünyanın ən hündürlükdə dalğalanan və Kinnesin rekordlar kitabına düşən bayrağımız Dövlət Bayraq Meydanında dalğalanır.
"Bayrağımızın Xankəndində, Şuşada və diğər işğal altında olan ərazilərdə dalğalanmasını illərlə gözləmişik, ədalətsiz dünyadan, turist kimi xatirələrimizdə qalan Minsk qrupundan haqq istəyə- istəyə ümidlə gözləmişik. Sonda bu işi özümüz görmüşük, məsələni özümüz həll etmişik, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, Bayrağımızı hər yerdə dalğalandırmışıq. Çox qürurluyuq, bayramımız mübarək!"- İbrahim Cəfərov qeyd edib.
Bəradər Səməndərli
"Atributinfo.az"
