Sizin reklam burada
Sizin reklam burada
  • Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir.

    Əsgərov Semur,
    YAP Göygöl rayon təşkilatının məsləhətçisi.

    Azərbaycan xalqı çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır, bütün dünya azərbaycanlıları ağlasığmaz dərəcədə qürur və sevinc hissləri keçirir. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tariximizə şanlı səhifə yazdı. Çağdaş tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu hərbi əməliyyat nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi. Hər bir ölkənin həyatında mürəkkəb, böhran vaxtı, düşmənlə savaşda hamını birləşdirən, bütün səylərin mahiyyətini təzahür edən çağırışın çox böyük, əvəzedilməz əhəmiyyəti var. Ali Baş Komandan bütün xalqı səfərbər etdi, mübarizəyə qaldırdı, dəqiq məqsədləri göstərdi, hər bir azərbaycanlını Qarabağ uğrunda mübarizəyə istiqamətləndirdi. Azərbaycan gənclərinin vətənpərvərliyi, şücayəti nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Etiraf edilməlidir ki, qələbənin təmin olunmasındagənclərimizin vətənpərvərlik ruhu əhəmiyyətli dərəcədə rol oynadı. Ümumilli lider Heydər Əliyevin təbirincə desək vətənpərvərlik böyük məfhumdur: “Vətənpərvərlik nədir? Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik! Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir”.
    Vətən müharibəsi və əldə olunmuş Böyük Qələbə strateji planlaşdırma və peşəkar komandanlığın vəhdəti nümunəsidir: “İşğaldan sonra Azərbaycanın ordu quruculuğu, kadr siyasətinin düzgün qurulması nəticəsində ordumuz dünyanın ən güclü orduları ilə müqayisə olunacaq səviyyəyə çatdı. Bu sözlə, asan ifadə olunsa da, uzun illər aldı. Qələbənin əldə olunması üçün vətənə sevgi və düşmənə niftrət hissi ilə böyüyən gənclərimiz oldu. Azərbaycanın iqtisadi gücünün artması, müstəqil xarici və daxili siyasət aparması, ölkədə olan stabillik, vətəndaş məmnunluğu əsas verdi ki, mənfur düşmənə hərb yolu ilə qalib gəlinsin. Azərbaycan çətin geosiyasi məkanda yaşamasına baxmayaraq, düzgün qonşuluq siyasəti yürütməklə beynəlxalq aləmdə tanınan nüfuzlu lideri ilə qalib oldu. Ölkəmizin qarşısında bircə problem kimi “işğal altındakı torpaqlar” mövzusu qalmışdı. Müharibənin ilk günündən Ali Baş Komandan bütün əməliyyatların planlaşdırılması və uğurla həyata keçirilməsinə zəmin yaratmaqla daim nəzarət də saxladı. Minimum itki ilə torpaqların azad olunması məsələsi əsas hədəf idi. Hər gün ölkə başçısının istər xarici, istərsə də daxili auditoriyaya qələbə xəbərlərini verir, ordunun geri çəkilməyəcəyini, işğaldan azad olunan kəndlərin,qəsəbələrin, rayonların adlarını bir-bir açıqlayırdı. Onun sevinc hissi ilə bu xəbərləri verməsi, xalqı və ordunu ruhlandırır, döyüş əzmini yüksəldirdi. Bütün xarici təhdidlərə, təzyiqlərə baxmayaraq çəkinmədən öz sözünü diktə edən liderə çevrildi. Müharibə dövründə orduya rəhbərliklə yanaşı, informasiya müharibəsində də komandanlıq öz sözünü dedi. Nəhayət, böyük itkilərə məruz qalan Ermənistan məcbur olaraq, kapitulyasiya aktına imza atdı. Bütün bu hazırlıq işləri strateji planlaşdırma və vahid komandanlığın vəhdətindən irəli gəlir”.
    Vətən müharibəsinin gedişində unikal əməliyyatlardan biri — Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Ermənistanın Baş naziri Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu.
    Kapitulyasiya aktını imzalamasından ibrət götürməyən erməni quldurları Xankəndi və onun ətrafında yığdıqları silahlı birləşmələri saxlamqda və Azərbaycanı təhdid etməkdə davam edirdilər.2023-cü il sentyabr ayının 19-dan 20-ə keçən gecə Azərbaycan Ordusu qısamüdətli anti-terror əməliyatı keçirtdi və cəmi 23 saat ərzində erməni silahlı birləşmələrini zərərsizləşdirdi. Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin edildi.
    44 günlük Vətən müharibəsi və 2023-cu il anti-terror əməliyatları Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı.
    Bu gün cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək suverenliyimizi bərpa edib, Azərbaycanı Heydər Əliyevin görmək istədiyi ölkəyə çevirib. Azərbaycan regionda aparıcı, dünyada isə söz sahibi olan dövlətdir. 2003-cü il 15 oktyabr Prezident seçkilərindən start götürən və zamanın axarında öz layiqli yerini tutan Azərbaycan dövləti möhtərəm Prezidenti¬miz İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edir və çiçəklənir.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ