Böyük Azərbaycan Partiyası Türk Şəhidliyini ziyarət etdi
Siyasət
15-09-2024, 19:37
225
Bu gün Bakının işğaldan azad olunmasının 106-cı ildönümü münasibətilə Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və partiya üzvləri Şəhidlər Xiyabanında Türk Şəhidliyini ziyarət etdi. Abidə önünə gül dəstələri qoyulduqdan sonra dualar oxundu, şəhidlərin ruhu hörmət ilə yad edildi. BAP sədri Elşad Musayev çıxış edərək 1918-ci il 15 sentyabrda Bakının Osmanlı-türk ordusu tərəfindən azad olunmasının tarixi əhəmiyyətindən danışdı.