Sizin reklam burada
Sizin reklam burada
  • Beynəlxalq tədbirdə

    Beynəlxalq tədbirdə Milli Məclisin deputatı Vüqar Bayramov "Kosmos - regionda diplomatiya və iqtisadi inkişaf üçün dönüş nöqtəsi" mövzusunda keçiriləcək 6-cı Beynəlxalq Kosmik Forumun işində iştirak etmək üçün iyulun 1-də Bəhreyn Krallığının Manama şəhərinə səfər edəcək.
    Forum çərçivəsində “Yerin müşahidəsi: texnologiyadan tətbiqə və xidmətə”, “Kosmik Tədqiqatlar: Kainata açılan qapı” və “Kosmik konsepsiyalar və siyasət: təcrübə və ən yaxşı təcrübələrlə mübadilə” mövzularında müzakirələr keçiriləcək.
    Səfər iyulun 4-də başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ