Bu beynəlxalq tədbirdə iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
(Müraciətin tam mətni ilə https://president.az/az/articles/view/66071 linki vasitəsilə tanış ola bilərsiniz).
Spiker Sahibə Qafarova müraciəti səsləndirdikdən sonra bildirib ki, ölkəmizdə keçiriləcək COP-29-un rəhbər heyəti də bu konfransda iştirak edir və Azərbaycan heyəti bütün tərəflərlə görüşməyə, onları dinləməyə, həmçinin qaldırılacaq məsələlərin COP29 planlarında əks olunmasını təmin etməyə hazırdır.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
