Bunu Milli Məclisin deputatı Məşhur Məmmədov özünün Feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki,
nümayəndə heyətinə həmkarlarım Səttar Möhbalıyev, Cavanşir Paşazadə, Nurlan Həsənov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
“Səmərqənd” Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, senator Gulnora Marufova, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşıladı.
"Atributinfo.az"
