Yəqin ki, tütün və alkoqollu içkilər rəqabətin çox güclü olduğu sahədir deyə, çox zaman qanun da o sahədə lazım olduğu qədər nizam-intizam və bərabərlik yarada bilmir. Sevinirəm ki, bu dəyişiklik əgər həyata keçirilməsinə nəzarət olunarsa, kənd təsərrüfatınıda məşğulluğun artmasında rol oynayacaq."
Bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev səsləndirib. O, qeyd edib ki, çox istərdim bu sahədə daha ciddi nəzarət mexanizmi olsun. Olacağmı?
Tütünlə bağlı daha bir məsələyə toxunan deputat
tütün fabrikləri, müəssisələri özəlləşdirilən zaman orada işləyən kollektiv də müəyyən paylara malik olublar. Yalnız bu deyil, müxtəlif sahələrə malik müəssisələr də özəlləşdirilən zaman kollektivlər səhmdarlara çevriliblər. Amma, onların demək olar ki, böyük hissəsi dividend ala bilməyiblər. Səhmdar vətəndaşlara qarşı ədalətsizlik həyata keçirilib və keçirilməkdədir. Onlar müxtəlif yollarla vətəndaşları qanuni haqqlarından məhrum etməyə çalışıblar.
Onların bu günə qədər müraciət etdikləri ən yüksək dövlət qurumları belə onilliklər ərzində onlara kömək etməyib və onlar da şikayətlərini davam etdiib və bu gün də edirlər. “Baku European Tobacco” şirkətinin səhmdarları mənim də qəbulumda olublar. Ultimatumla məndən tələb edirlər ki, məsələni həll edim. Dedim ki, heç olmazsa, yenidən rəsmi müraciət edin, aidiyyatı üzrə göndərim. Əvvəllər müraciət etmişdilər. Deyirlər ki, nə qədər məktub yazmaq olar? Nə qədər aidiyyatı üzrə göndərmək olar? Başa düşürəm onları. Onlara dedim ki, 20 ildir ki, döymədiyiniz qapı qalmayıb, indi Milli Məclisin sıravi deputatından onlarla qəbulunda olduğunuz ən yüksək-çinli səlahiyyətli məmurların həll edə bilmədyini məndən tələb edirsiniz?- deyə bildirib:
"Bunu ona görə deyirəm ki, bu sahədə ciddi hüquq pozuntuları və vətəndaşlara məxsus səhmlərin mənimsənilməsi və müxtəlif vasitələrlə onların süründürülməsi baş verir. Bu məsələyə nöqtə qoyulmalıdır. Hüquq pozuntuları ilə insanları affekt vəziyyətinə salmaq olmaz. Onlar mənim köməkçimə zəng edib onu ağır sözlərlə təhqir də ediblər. Hətta xanım sədr Sizə köməkçimdən şikayət də ünvanlayıblar. Mənim tütünə və tütün biznesinə nə aidiyyatım var? Arada mən hücum və təzyiqlərə məruz qalıram. Amma, mən yenə də deyirəm ki, o vətəndaşları günahlandırmıram. Onlar 20 il ərzində çarəsiz vəziyyətə düşməklə bərabər, həm də psixoloji travma alıblar."- Razi Nurullayev deyib.
Bəradər
"Atributinfo.az"
