Milli Məclisin deputatı Beynəlxalq Astronavtika Federasiyasının yaz sessiyasında iştirak edəcək
Siyasət
19-03-2024, 17:49
180
Milli Məclisin deputatı Vüqar Bayramov Beynəlxalq Astronavtika Federasiyasının yaz sessiyasında iştirak etmək üçün martın 25-də Fransanın Paris şəhərinə səfər edəcək. Sessiyada kosmos fəaliyyətinin əhəmiyyəti, onun qlobal problemlərin azaldılması səylərinə töhfə vermək imkanları müzakirə ediləcək, fikir mübadiləsi aparılacaq. Səfər martın 29-da başa çatacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi