Milli Məclisin deputatı İndoneziyada seçkiləri izləyəcək
Siyasət
12-02-2024, 11:36
201
Milli Məclisin deputatı, İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Əliabbas Salahzadə İndoneziya Respublikasında keçiriləcək prezident və parlament seçkilərini müşahidə etmək üçün fevralın 12-də Bali şəhərinə səfər edəcək. Millət vəkili burada bir sıra seçki məntəqələrinin hazırlıq vəziyyəti və prosesin təşkili ilə yaxından tanış olacaq, seçkilərin gedişini, seçicilərin fəallığını müşahidə edəcək. Səfər fevralın 16-da başa çatacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi