Bu fikirləri ötən gün keçirilən Milli Məclisin plenar iclasında cari məsələlərlə bağlı danışarkən Milli Cəbhə Partiyasinın sədri, deputat Razi Nurullayev səsləndirib:
"Bizim partiya üçün bu səbəb onunla xarakterizə olunur ki, dünyada Azərbaycana münasibət bəzən birmənalı olmur və xeyli qərəzli münasibətlər ortaya çıxır. Növbədənkənar seçkinin keçirilməsi bizim beynəlxalq aləmə, Azərbaycana qərəzli və qərəz üzərindən qurulan fərqli baxışlara verilən bir cavab olmalıdır və inanıram ki, olacaq.
Bu seçkilərin tam ədalətli və şəffaf olması, bütün iştirakçılara bərabər hüquqların və yanaşmaların tətbiq edilməsinin həm də ölkəmizə qarşı yönələn anti-demokratik çağırışlara və yanaşmalara cavab olacağını düşünürəm. Bununla bərabər, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edəndən sonra Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bu demokratik və azad seçkilərin keçirilməsi ölkəmizin beynəlxalq nüfuzuna da müsbət təsir göstərmiş olacaqdır."- Partiya sədri deyib.
Razı Nurullayev qeyd edib ki,
bu seçkilər Milli Cəbhə Partiyası üçün həm də ona görə önəmlidir ki, 7 fevraldan sonra cəmiyyətimiz daha iç-içə, daha mehriban və siyasi qüvvələr də daha real düşüncələrə malik olacaqdır. Çünki, ölkəmizdə yaranan vəziyyət elə münasibdir ki, əlavə şübhəli fikirlərə meydan vermir və verə bilməyəcəkdir.
"Inanıram ki, bu seçkilər ölkəmizin inkişafında yeni müsbət meyllər yaradacaqdır."- Deputat deyib.
Bəradər
"Atributinfo.az"
