Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən islahatlar, Azərbaycandakı investisiya mühiti, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri barədə geniş məlumat verib. Spiker həmçinin hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanın münasibətlərin normallaşdırılmasına və sülh müqaviləsinin imzalanmasına dair təşəbbüsləri və digər məsələləri diqqətə çatdırıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
