Bunu "atributinfo.az"-a açiqlamasinda Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. O, əlavə edib ki,
XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı.
Zəngilan rayonu müharibə alovunun qasırğasını 1990-cı ildən daha tez-tez hiss etməyə başladı. Ermənilər dəmir yolunu bağlayıb, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. 1993-cü ilin oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunur. Bununla da Zəngilanın mühasirəsi başa çatır. Doğma yurdunu tərk edən təxminən 34 min əhali İran sərhədinə-Araz çayının kənarına toplaşır. Gursulu Araz çayını isə keçmək mümkün olmur. Xalqımızın xilaskarı, Ümummilli Lider Heydər Əliyev bu dəfə də xalqın köməyinə gəlir. O, İran hökuməti ilə danışıqlar aparır və Araz çayı üzərindəki bənddə suyu bağlayırlar. Yalnız bundan sonra əhali çayı keçib, xilas olur.
Deputat qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Müzəffər Ordumuzun qazandığı ən böyük uğurlardan biri də Zəngilan rayonunun düşmən tapdağından azad edilməsi idi:
"Bizi şanlı zəfərimizə bir addım daha da yaxınlaşdıran, sevincimizə sevinc qatan bu müjdəli xəbəri məhz Ali Baş Komandan, Prezident İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa müraciətində bildirmişdir. Bu tarixdə Zəngilan şəhəri ilə yanaşı rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri də azad olunmuşdur. II Qarabağ müharibəsinin gedişində isə Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz, Sığırt, Şükürataz və daha 5 adsız yüksəklikləri və 52 kəndi Ermənistan işğalından azad olunmuşdur.
Bu gün Zəngilanın işğaldan azad olunmasından 3 il ötür. İndi Zəngilanda abadlıq-quruculuq işləri gedir və 2026-cı ilədək başa çatması nəzərdə tutulan “Böyük Qayıdış” proqramının icrası bu ərazilərimizdə də sürətlə reallaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu, məqsədyönlü, düşünülmüş və qətiyyətli siyasət sayəsində ölkəmizin nəinki ərazi bütövlüyü, suverenliyi təmin edilib, həmçinin inkişafa doğru yeni pəncərələr açılıb. Bəli, bu gün qazanılan qələbələr Azərbaycan Prezidentin, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir.
İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün də çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilan rayonunu Naxçıvanla ayıran cəmi 40 kilometrlik bu dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır."- Deputat vurğulqyıb.
Bəradər Səməndərli
"Atributinfo.az"
