Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Videogörüntü vasitəsilə mərasimə qoşulan V.Putin Dağıstandan keçən və Azərbaycan sərhədinə kimi gələn “Qafqaz” yolunun açılışını edib.
Rusiya Prezidenti bu yolun “Şimal-Cənub” dəhlizinin inkişafında mühüm rol oynadığını və Azərbaycan Prezidenti İlham Əliyev ilə dəhlizin tikintisi məsələlərini müzakirə etdiyini bildirib.
V.Putin vurğulayıb ki, tərəfdaşlar da “Şimal-Cənub” dəhlizinin reallaşması üçün böyük işlər görürlər.
