Sizin reklam burada
Sizin reklam burada
  • Heydər Əliyevin Azərbaycan üçün qoyub getdiyi siyasi irs bizi dünyanın qalib xalqı etdi

    Dosiyev Ziya Amil oğlu
    6 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisində hüquqşünas

    Azərbaycan xalqı qədim tarixi köklərə malik xalqdır. Heydər Əliyev bu xalqa mənsub olduğu ilə qürur duymaqda çox haqlı idi. Çünki bu xalq yetirdiyi dahi şəxsiyyətlər də dünya arenasında da öz sözünü demiş xalqdır
    Ulu tariximizə nəzər salsaq, tarixin hər dönəmində bu xalqa rəhbərlik edən, onu öz arxasıncan aparan bir sərkərdəsi olmuşdur. Ümummilli Lider Heydər Əliyev də Azərbaycan xalqının yaratdığı belə nadir şəxsiyyətlərdən biridir. O, hər zaman xalqı ilə nəfəs almış, onun sevincinə sevinmiş, kədərini öz kədəri bilmişdir. Milli mənsuibiyyəti ilə öyünərək “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” demişdir.
    Müasir müstəqil Azərbaycan ulu öndərimiz Heydər Əliyevin şah əsəridir. Xalq onu özünə xilaskar bilmiş, “dahi rəhbər”, “ümummilli lider” adlandırmışdır.
    Həyatımızın hər bir sahəsində bu şəxsiyyətin silinməz izləri özünü göstərir. Onun həyat və faəliyyətinə qısaca nəzər salsaq, bu dahi insanın Azərbaycan xalqının taleyində oynadığı müstəsna rol, gözlərimiz qarşısında canlanar.
    1923-cü il mayın 10-da Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1944-cü ildən orqan sistemlərində işə qəbul olunmuşdur. Sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən sədri vəzifələrində işləyib və general-mayor rütbəsinə yüksəlib.
    Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub.
    Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycan Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
    1990-cı ilin iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.
    Heydər Əliyev 1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərinə keçirilmiş təsis konfrasında partiyanın sədri seçilib.
    1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirimləsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb.
    1993-cü ilin iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
    1993-cü oktyabr ayının 3-də ümumxalq səsverməsi ilə Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilmişdir.
    1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi - “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi” imzalandı. 25 il bundan əvvəl Bakıda Qərb şirkətləri ilə bağlanmış neft sazişi yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynamış, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermişdir.
    Bu gün biz “Əsrin müqaviləsi”nin müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafında, həmçinin regional və qlobal əməkdaşlığın dərinləşməsində oynadığı müstəsna roldan məmnunluq hissi ilə söhbət açırıq. Ancaq unutmaq olmaz ki, bəhs olunan müqavilənin Azərbaycan üçün məqbul şərtlərlə hazırlanması və imzalanması heç də asan başa gəlməyib.
    Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın maraqlarına cavab verən müqavilə şərtləri əldə edildi.
    Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi.
    Yeni Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir. Konstitusiyalı quruluşun əsaslarını möhkəmləndirərək, Azərbaycan Respublikası Konstitusiyası Azərbaycanı — respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edir.
    Müstəqil Azərbaycan Respublikası torpaqlarının Ermənistan tərəfdən işğalının əsası, əslində, 19-cu əsrin əvvəllərində qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanda deyildiyi kimi, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
    Sovet dönəmində, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikasına birləşməsi haqqında Ermənistan rəhbərliyi tərəfindən vaxtaşırı cəhdlər edilmiş, lakin bu cəhdlərin qarşısı həmin vaxtlar alınmışdı. Ümummilli lider Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi barədə edilən cəhdlərin qarşısının alınmasında xüsusi prinsipiallıq göstərmişdir.
    Ümummilli lider Heydər Əliyev Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır. Ümummilli lider istər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırmış və buna da nail olmuşdur.
    Heydər Əliyev Türkiyə-Azərbaycan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsində xüsusi rol oynayıb. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın memarı olmaqla yanaşı, bugünkü Azərbaycanın müdafiə və hərbi sənaye sahəsindəki uğurlarında Türkiyənin göstərdiyi dəstəyin təməlini qoyan şəxsiyyətdir.
    Müasir Azərbaycanın qurucusu Heydər Əliyev zamanın fövqündə duran dahi şəxsiyyət olub, onun “Bir millət, iki dövlət” fikri Türkiyə-Azərbaycan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsində xüsusi əhəmiyyət daşıyır ki, bu gün belə bir münasibətin dünyada alternativi yoxdur.
    Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş, Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı hesab edilən Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.
    Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü işləri sadalamaqla bitməz.Yekun olaraq onu qeyd edek ki, xalqımız üçün qoyub getdiyi siyasi irs bizi dünyanın qalib xalqı etdi.Dahi liderin uzaqgörən daxili və xarici siyasətini davam etdirən davamçısı İlham Əliyev ata vəsiyətini yerinə yetirərək işğal altında olan torpaqlarımızın azad olunmasına nail oldu.Düşmənə həm döyüş meydanında ,həm siyasi müstəvidə dərs verildi.Ulu öndərimizi minnətdarlıq hissi ilə yad edərək ona xitabən :
    Siyasətin verdi öz bəhrəsini,
    “Dəmir Yumruq “ əzdi düşmən başını
    Azərbaycan xalqı azad şəkildə
    Qeyd eləyir Liderin 100 yaşını- deyirik.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ