Sizin reklam burada
Sizin reklam burada
  • Ehtiram Mehdiyev: "Çox qürurlu tarixi bir dövrə şahidlik edirik"

    "Addım-addım ərazi bütövlüyümüzü bərpa edirik. Dünən xəyal etdiklərimizi bu gün silah gücünə reallaşdırırıq. Xocalıda, Xankəndidə, Ağdərədə, Əsgəranda Azərbaycan bayrağı dalğalanacaq. Azərbaycan Respublikasının qanunları ilə idarə olunacaq. Bundan gözəl xoşbəxtlik ola bilməz. Biz 30 ildə bu xoşbəxtliyi təkcə arzulamadıq, həm də bu arzunu gerçəkləşdirmək üçün silahlandıq, ordu quruculuğunu inkişaf etdirib, tətikdə dayandıq."
    Bunu "atributinfo.az"-a açıqlamasında Milli Cəbhə Partiyasının sözçüsü Ehtiram Mehdiyev deyib. O, əlavə edib ki, son antiterror əməliyyatında ordumuz hansı gücə qadir olduğunu və Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Ordumuzun şücaəti dünya hərb tarixində nümunə kimi göstərilir:
    "Dünya bizim qələbəmizdən danışır. Beynəlxalq aləmdə Azərbaycanın haqlı davası müzakirə olunur. Artıq Ermənistanın öz ordusu barədə yaratdığı “məğlubedilməzlik” təsəvvürü Ordumuz tərəfindən "gorbagor" edilib.
    Amma unutmamalıyıq ki, düşmən məkrli və hiyləgərdir. Ona görə də bütün dövrlərdə biz ehtiyatımızı əldən verməməli və ayıq-sayıq olmalıyıq. Bundan sonra da düşmənin istənilən hərəkətinin qarşısı daha sərt şəkildə alınacaq. Bu gün torpaqlarımızın hər qarışını qorumağa qadir olan ordumuza inanır və güvənirik."- Ehtiram Mehdiyev demişdir.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ