Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin deputatı Albaniyaya səfər edəcək

    Milli Məclisin deputatı Albaniyaya səfər edəcək Atributinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin deputatı Asim Mollazadə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Albaniya üzrə həmməruzəçisi qismində sentyabrın 24-də bu ölkənin Tirana şəhərinə səfər edəcək.
    Asim Mollazadə Albaniya Respublikasının AŞPA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyəti ilə maraqlanacaq, bununla bağlı monitorinq aparacaq.
    Səfər sentyabrın 29-da başa çatacaq.

    Bəradər Səməndərli,
    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ