Sizin reklam burada
Sizin reklam burada
  • AŞPA-nın komitə iclasında

    Atributinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin deputatı Nigar Arpadarai AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 20-də İslandiyanın Reykyavik şəhərinə səfər edəcək.
    Tədbirdə “Seçkiqabağı kompaniyalarda miqrasiya və sığınacaq məsələlərinin miqrantların qəbuluna və hüquqlarına təsiri”, “İnsan hüquqlarına uyğun sığınacaq prosedurlarının təmin edilməsi”, “Sığınacaq və beynəlxalq müdafiənin təmin edilməsi kontekstində Avropa həmrəyliyi” kimi mövzular müzakirə olunacaq, müəyyən təşkilati işlərə baxılacaq.
    Səfər sentyabrın 23-də başa çatacaq.

    Bəradər Səməndərli,
    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ