Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin sədri Sahibə Qafarova Kuba Respublikasına işgüzar səfərə gəlib

    Atributinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 15-də G77 və Çin Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Kuba Respublikasının Havana şəhərinə işgüzar səfərə gəlib.
    Kubanın beynəlxalq hava limanında Milli Məclisin sədrini Kubanın ədliyyə naziri Oskar Silvera Martinez, Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
    Səfər çərçivəsində spiker Sahibə Qafarovanın G77 və Çin Qrupunun Zirvə görüşündə çıxışı nəzərdə tutulub.

    Bəradər Səməndərli,
    /atributinfo.az/


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ