Atributinfo.az xəbər verir ki, bunu Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini, keçmiş səfir Şerzod Fayziyev "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" mövzusunda dəyirmi masada deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz siyasi fəaliyyəti ilə beynəlxalq arenada ölkənin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.
"Özbəkistan və Azərbaycan ticari-iqtisadi, eləcə də, nəqliyyat layihələrində sıx əməkdaşlıq edirlər. Əməkdaşlığımızın möhkəmlənəcəyindən əminik", - deyə o qeyd edib.
Ş.Fayziyev Özbəkistanın böyük investisiya potensialına malik olduğunu bildirib:
"Düşünürəm ki, Özbəkistan yaxın zamanda öz iqtisadiyyatına təqribən 170 milyard dollar cəlb edə bilər. Sevindirici haldır ki, Azərbaycan Mərkəzi Asiya regionunun inkişafında maraqlıdır və biz bu imkanları müzakirə edəcəyik".
/atributinfo.az/
