Sizin reklam burada
Sizin reklam burada
  • Deputatlar Özbəkistanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcəklər


    Atributinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, parlamentin komissiya sədri Eldar İbrahimov, deputatlar Cavanşir Paşazadə, Elman Nəsirov, Arzu Nağıyev MDB PA-nın xətti ilə, Fazil Mustafa, Anar Məmmədov TÜRKPA-nın xətti ilə iyulun 9-da Özbəkistan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Daşkənd şəhərinə səfər edəcəklər.
    Deputatlarımız seçki məntəqələrində aparılan hazırlıq işləri ilə yaxından tanış olacaq, səsvermə zamanı vətəndaşların fəallığına, prosedur qaydalarına riayət olunmasına diqqət yetirəcəklər.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ