Türkiyə KİV-nin məlumatına görə, N.Paşinyan R.T.Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib. Tərəflər iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.
R.T.Ərdoğan Türkiyə ilə Ermənistan arasında tam normallaşma məqsədi ilə başlanan prosesdə indiyə qədər etimadı artıran addımların atıldığını və bu prosesin qarşıdakı dövrdə də davam etməsinin lazım olduğunu bildirib.
/atributinfo.az/
