Sizin reklam burada
Sizin reklam burada
  • Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir

    Azərbaycan ilə Pakistanın hər zaman birgə addımlaması, iki dost dövlət arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi ölkələrimizin inkişafına, xalqlarımızın rifahına böyük töhfələr verəcək, eləcə də regionda və dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edəcək.
    "Atributinfo.az" xəbər verir ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bir daha bu məqamın üzərində dayanıb. O deyib: "Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz Azərbaycanın Qarabağ üzərində hüququnu hər zaman birmənalı şəkildə dəstəkləmişik".
    Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatında onu da söyləyib ki, Pakistan-Azərbaycan münasibətləri qarşılıqlı dəstək və etimad üzərində qurulub: "Bütün məsələlərdə, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə Pakistanın və Azərbaycanın mövqeləri üst-üstə düşür. Pakistan və Azərbaycan qardaş xalqlardır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və qarşılıqlı etimad üzərində qurulub".
    Pakistanın Baş naziri mətbuata bəyanatında Azərbaycanda böyük işlər görüldüyünü, xüsusilə də Bakını dünyanını hər hansı bir inkişaf etmiş şəhərləri ilə müqayisə etmək olar: "Bakıya gələndə yolboyu gördüklərimin çox dərin təəssüratı altındayam. Sizin gərgin əməyiniz, rəhbərliyiniz və baxışınız sayəsində Azərbaycanda böyük işlər görülüb". Pakistanın şəhər planlaşdırılması, yaşıllaşdırma sahələrində Azərbaycanın təcrübəsinə ehtiyac duyduğunu qeyd edən Baş nazir bildirib: "Şəhəriniz son dərəcə təmizdir. Tullantıların emalı məsələsi, yəni, bu sahədə təcrübənizə ehtiyacımız var. Həqiqətən də mən çox şadam və məmnunam ki, ölkəniz bu cür inkişaf edir. Ötən gecədən Bakıda gördüklərim Sizin baxışınızı, liderliyinizi və bu illər ərzində ölkənizi qurmaq üçün göstərdiyiniz dinamik səyləri əks etdirir".
    Bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə söyləyib. "Ziddiyyətdən çəkinməyərək deyə bilərəm ki, indiyədək Bakıda gördüklərimin müqayisəsini apara bilərəm. Siz bu şəhəri dünyanın hər hansı ən inkişaf etmiş, gözəl şəhəri ilə müqayisə edə bilərsiniz. Burada heç bir mübaliğə yoxdur", - deyə Baş nazir qeyd edib.

    Vüqar Hüseynov
    Göygöl rayonu
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ