Litvada Azərbaycanın Müstəqillik Günü qeyd olunacaq
Siyasət
26-05-2023, 15:43
230
Atributinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev və qrupun üzvü Rasim Musabəyov mayın 29-da Litva Respublikasının paytaxtı Vilnüs şəhərinə səfər edəcəklər. Deputatlar burada Azərbaycanın 28 May - Müstəqillik Günü ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək, həmçinin Litva Seymində həmkarları ilə görüşlər keçirəcəklər. Səfər iyunun 2-də başa çatacaq.