Atributinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və nümayəndə heyətinin üzvləri – parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev bu qurumun yaz sessiyasında iştirak etmək üçün mayın 19-da Lüksemburq Böyük Hersoqluğunun paytaxtı Lüksemburq şəhərinə səfər edəcəklər.NATO PA-nın yaz sessiyasında transatlantik iqtisadi münasibətlərin və dayanıqlığın yenidən qurulması, ərzaq təhlükəsizliyi və münaqişələr, NATO-nun açıq qapı siyasətinin gələcəyi və digər mövzularda məruzələr dinləniləcək, müvafiq qərarlar qəbul ediləcək.
Səfər mayın 23-də başa çatacaq.
/atributinfo.az/
