Bildiyiniz kimi, mayın 10-da axşam saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutaraq qəsdən təxribat törətmişlər. Qarşı tərəfin hədəfli atəşi nəticəsində bir hərbi qulluqçumuz şəhid olmuş, digəri isə ağır yaralanmışdır.
Təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülmüşdür.
Biz şəhid olmuş hərbi qulluqçumuza Allahdan rəhmət diləyir, yaralı hərbçimizin tezliklə sağalmasını arzulayırıq.
Qeyd edilməlidir ki, törədilən təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Aydındır ki, Ermənistanın bu təxribatda əsas məqsədi hazırda aparılan sülh danışıqlarının pozulmasıdır.
/atributinfo.az/
