Sonra nümayəndə heyəti Tbilisinin Botanika bağında Ulu Öndərin 100 illiyi ilə bağlı keçirilən ağacəkmə aksiyasında iştirak edib. Daha sonra görkəmli azərbaycanlı ictimai xadimlərin məzarları ziyarət olunub və xatirələri anılıb.
Nümayəndə heyətinə Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov və komitənin üzvü Cəbi Quliyev daxildirlər.
Səfər çərçivəsində Gürcüstan Parlamentində və Azərbaycan diasporası ilə görüşlərin keçirilməsi də planlaşdırılır.
/atributinfo.az/
