Sizin reklam burada
Sizin reklam burada
  • Ehtiram Mehtiyev: "Belə qərəzli fikirlər xalqımız tərəfindən yaxşı qarşılanmır"

    "Dünya təcrübəsi və aparıcı ölkələrin sosial-siyasi həyatındakı inkişaf göstərir ki, məhz müxalifətin fəaliyyəti dövlət maraqlarına xidmət etməlidir və səsləndirilən tənqidlər dövlətçilik naminə olmalıdır."
    Bu sözləri "Atributinfo.az"-a açıqlama verərkən
    Milli Cəbhə Partiyası - MCP sədr müavini Ehtiram Mehtiyev demişdir.
    O, təəssüf hissi ilə Əli Kərimli və onun kimi cılız siyasətçilərin həmişəki kimi düşmən dəyirmanına su tökməklə məşğul olduqlarını dilə gətirmişdir:
    "Tarixi qələbəmizin davamı sayılan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasına mız qoymaqla onlar öz çirkin niyyətlərini bir daha bəyan etdilər. Ölkənin taleyüklü məsələlərində düşmən mövqeyindən çıxış etmək bu adamların əvvəlki xislətidir. Ancaq onlar dəqiq bilməlidirlər ki, belə qərəzli fikirlər xalqımız tərəfindən yaxşı qarşılanmır.
    Bu gün Prezident İlham Əliyev Qarabağla bağlı nəyi, necə, nə zaman edəcəyini çox yaxşı planlayır və nə dedisə ona da əməl etdi. Qarabağı işğaldan azad edəcəyini demişdi, artıq qələbəmizin üçüncü ilindəyik. Şuşada dalğalanan üçrəngli bayrağı Azadlıq meydanına gətirəcəyini demişdi, bayrağımız bütün dünyanın gözü önündə Qələbə paradında dalğalandı. Laçın yoluna post qurulacağını deyirdi, bu gün Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub və Müzəffər Ordumuz nəzarət edir. Yaxın tarixdə Xankəndidə, Zəngəzurda Azərbaycan bayrağının dalğalanacağına da şübhə etmirik.
    Bütün siyasi gedişlər onu göstərir ki, İlham Əliyev faktiki olaraq Ermənistanın əleyhinə olan bütün planların reallaşmasına nail olub. Deməli, Əliyevin bu addımına mız qoymaq yox, əksinə təqdir etmək lazımdır."- MCP sdrinin müavini bildirmişdir.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ