Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, ötən gün Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən Ermənistanla şərti sərhəddə, Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması məğlub ölkənin çirkin niyyətlərinin və əməllərinin qarşısını almağa hesablanıb: ”Azərbaycan dəfələrlə qarşı tərəfə xəbərdarlıq etmişdi, faktları ortaya qoymuşdu, amma yenə də Ermənistan bilavasitə “sülhməramlı”ların himayəsi altında bölgəni hərbləşdirir, qanunsuz daşımalar həyata keçirirdi. Bu həm də Qarabağda yaşayan, separatçılardan xilas olaraq Azərbaycan vətəndaşı olmaq arzusunda olan dinc ermənilərin həyatı üçün ciddi təhlükə yaradırdı. Bundan başqa, həmin ərazilərə köçürüləcək mülki insanlarımızın dinc yaşaması böyük təhlükə altında idi. Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması bu kimi halların qarşısını alacaq”.
AHİK sədri əlavə edib ki, Azərbaycanın sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququ, kənar və qanunsuz müdaxilələrin qarşısının alınması, milli təhlükəsizliyin təmin edilməsi və dövlətinin suveren hüququdur.
